Son yeniləmə: 7 Dekabr 2022 16:05
BAYRAQDAR MEDİA – Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi heyət də sərgidə təmsil olunur.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 7-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, 200-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan sahibkarlarının məhsul və xidmətləri də təqdim edilir: “Belə ki, sərgidə KOBİA-nın Dəstək Proqramı çərçivəsində, “Muğan Bank”ın tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə müxtəlif çeşiddə Azərbaycan məhsulları sərgilənir. KOBİA-nın stendində yerli KOB subyektlərinin şirniyyat və qənnadı məmulatları, quru meyvələr, şokolad, bitki çayları, eləcə də kənd təsərrüfatı sahəsində konsultasiya xidmətləri və s. nümayiş olunur”.
Məlumata əsasən, Azərbaycanın stendi yerli əhali və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.