Son yeniləmə: 7 Dekabr 2022 11:12
BAYRAQDAR MEDİA – Türkmən deputatlar İraqın keçmiş baş naziri və Hüquq Dövləti Koalisiyasının sədri Nuri əl-Maliki ilə görüşüb.
Bu barədə məlumatda deyilir ki, Bağdadda keçirilən görüşdə ITF Kərkük millət vəkili Ərşad Salihi, Mosul millət vəkili Loğman Rəşidi və paralament müşaviri Nurettin Kaplan iştirak edib.
Görüşdə İraqın ümumi vəziyyəti müzakirə edilərkən türkmənlərin İraqın ərazi bütövlüyü, birlik və bərabərliyinidən, terrorla mübarizədə apardıqları mübarizədən yana olduqları bildirilib. Bundan əlavə, görüşdə türkmənlərin arasında Prezidentlik, Baş Nazirlik və parlament sədrliyini idarə etmək qabiliyyətinə malik şəxslərin olduğuı, türkmənlərin İraq tarixində müxtəlif rəhbər vəzifələrdə çalışdıqları bildirilib.
Nuri əl-Maliki İraq xalqının bu ölkədki hər hansı digər xalqlara, xüsusən də türkmənlərə qarşı marginallaşdırma siyasətini həyata keçirməkdən qəti şəkildə imtina etdiyini bildirib.