Son yeniləmə: 7 Dekabr 2022 10:42
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin reallaşdırdığı “Şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinə dəstək təşəbbüsləri” layihəsi çərçivəsində Ağdam, Tərtər rayonlarında və Bakı şəhərində şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və veteranlarla görüşlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, tədbirlər Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb:
Sonra “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çəxəş edib: “O, layihənin əsas məqsədinin dövlətin sözü gedən sosial kateqoriyadan olan vətəndaşlara şamil etdiyi imtiyazlarla onları tanış etmək, onlar arasında hüquqi cəhətdən maarifləndirmə və məlumatlandırma işi aparmaq, bu kateqoriyadan olan şəxslərin problemlərinin dinlənilməsi, onlar arasında olan narazılıqların qarşısının alınması istiqamətində bu mövzu üzrə aidiyyatı olan qurumların məsul şəxsləri ilə görüşlər təşkil etməkdən ibarət olduğunu bildirib. Layihə rəhbəri bildirib ki, Azərbaycan dövləti hər zaman bu kateqoriyadan olan ailələrə xüsusi diqqət və qayğı göstərib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu istiqamətdə çoxlu sayda fərman və sərəncam imzalayıb. Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə iştirakçılarına dəstəyi davam edir və sistemli xarakter daşıyır”.
Daha sonra II Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan, layihənin eksperti Taleh Əliyevə çıxış dib. O, Birinci və ya İkinci Qarabağ müharibələrində iştirak etməsindən asılı olmayaraq, müharibə iştirakçıları arasında heç bir fərq qoyulmadığını, müharibələrdə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqların bütün xalqımız üçün nümunə olduğunu bildirib. T.Əliyev Vətən uğrunda şəhid olmuş qəhrəmanların ailələrinə, müharibə əlilləri və veteranlara dövlət tərəfindən diqqət və qayğının bundan sonra da davam etdirələcəyini bildirib.
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin fəaliyyətini uzun müddətdir izlədiyini deyib. O, əsas prioritet istiqamətlərindən birinin məhz bu kateqoriyadan olan şəxslərə yönəlik dövlət siyasətini təbliğ etməkdən, onların problemlərinin həlli istiqamətində təklif və təşəbbüslərlə çıxış etməkdən ibarət olduğunu bildirib. İ.Orucov qardaş Türkiyənin hərbyönümlü QHT-lərinin təcrübəsinin də öyrənilməsi istiqamətində illərdir qarşılıqlı səfərlərin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu deyib.
Keçirilən tədbirlərdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Tərtər Rayon İcra Hakimiyyətin başçısının birinci müavini Elvin Umudov, Tərtər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov, Ağdam Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Samir Məmmədov, rayon icra hakimiyyətlərinin digər məsul əməkdaşları, 20 yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə, “Qarabağ Qaziləri” İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Şamil Əbilov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.