Son yeniləmə: 7 Dekabr 2022 13:15
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalar davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 7-də Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb: “Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən dəDövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləritariflərdə olan artımın onlarınfəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər”.
Məlumata əsasən, araşdırmalar nəticəsində “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsiəlamətləri üzrə iş qaldırılıb.