Press "Enter" to skip to content

Müsahibə mərhələsi başalyıb

331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi

Son yeniləmə: 7 Dekabr 2022 17:22

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 7-də qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 42 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb: “Cari il üzrə direktorların işə qəbul müsabiqəsinin test imtahanlarında müvafiq keçid balını toplamış 4 namizəd də müsahibə mərhələsində iştirak edə biləcək. Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir”.

Mission News Theme by Compete Themes.