Son yeniləmə: 7 Dekabr 2022 11:32
BAYRAQDAR MEDİA – Bir neçə gün öncə Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında Azərbaycanın təbii sərvətlərinin talanmasını araşdırmaq üçün rəsmi nümayəndə heyətinin yollandığı haqqında xəbər vermişdik.
Azərbaycan rəsmiləri Xocalıda olub, sülhməramlılarla müzakirə aparıb
Xəbərdə bildirilirdi ki, Azərbaycan rəsmiləri Xocalıda olub, sülhməramlılarla müzakirə apararaq növbəti addımlar haqqında qərar verib.
Dekabrın 7-də bəlli olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiləri də daxil olmaqla heyət növbəti dəfə sülhməramlıların nəzarətində olan əraziyə yollanıb.
İctimai TV-nin bununla bağlı yaydığı reportajlardan bəlli olur ki, heyət artıq əraziyə çatıb.