Press "Enter" to skip to content

Hüseyn Əmir Abdullahianın müəmmalı səfəri

Son yeniləmə: 7 Dekabr 2022 09:53

BAYRAQDAR MEDİA – İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Serbiya və Bosniya və Herseqovinaya səfəri Qərbdə sual işarələrinə səbəb olub.

Bu barədə Balkan News məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 4-5-də Belqradda danışıqlar aparan iranlı nazir daha sonra Sarayevoda xarici işlər naziri Bisera Turkoviç ilə görüşüb. B.Turkoviç görüşlə bağlı Twitter hesabından verdiyi açıqlamada, “İran hər zaman Bosniya və Herseqovinanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bizim xarici siyasət mövqeyimiz aydındır. Biz Avro-Atlantik variantı seçmiş kiçik ölkəyik və bunu xarici siyasətimizin əsas hədəfi hesab edirik”, – deyə qeyd edib.

İrandakı rejimin sərt tənqidlərə məruz qaldığı dönəmdə reallaşan Belqrad və Sarayevo səfərlərinin gündəliyi ilə bağlı hər hansı açıqlama verilməyib.

Mission News Theme by Compete Themes.