Press "Enter" to skip to content

Fransız vəkil Şuşada – VİDEO

Alan Tremolye

Son yeniləmə: 7 Dekabr 2022 12:32

BAYRAQDAR MEDİA – Azərbaycana səfər edən fransız vəkil Alan Tremolye Şuşa şəhərini ziyarət edib.

Bu barədə BAYARQDAR MEDİA-ya dekabrın 7-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verlib.

Bildirilib ki, səfərin təşkilində məqsəd qonağa Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu, 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmişŞuşada erməni vəhşiliyinin izlərini nümayiş etdirmək, post-müharibə dövründə dövlətimizin qədim şəhərdə həyata keçirdiyi irimiqyaslı abadlıq-quruculuq işlərini nümayiş etdirmək olub.

Məlumata əsasən Alan Tremolye Şuşa şəhərində öz təəssüratlarını bölüşərək bildirib ki, mədəniyyət paytaxtını gördüyü üçün bütün təşkilatçılara minnətdardır. “Mənim üçün Şuşa hər şeydən əvvəl tarixi və mədəni şəhərdir. Şuşa və onun hekayəsini beləcə tanıdım. Burada daşlar və ağaclar bir ağızdan danışır. Onlar çəkdikləri əzablardan, onlarla necə rəftar edildiyindən,baş verən böyük bədbəxtliklərdən, böyük haqsızlıqlardan söz açırlar. Məni müşayiət edən insanlara təşəkkür edirəm. Bu səfəri mümkün edən bütün insanlara təşəkkür edirəm. Qardaş və bacı olmasa, onun yanında ağac bitməz”, – deyə fransız qonaq Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olmasının önəminə diqqəti cəlb edib.

Mission News Theme by Compete Themes.