Son yeniləmə: 7 Dekabr 2022 14:55
BAYRAQDAR MEDİA – “Aydınlar Ocağı” Humanitar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Təhlükəsiz həyat: gənclər arasında maarifləndirici tədbirin təşkili” layihəsinə yekun vurub.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Bakı Ali Neft Məktəbində, Azərbaycan Tibb Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında və Ağcabədi Dövlət Pedaqoji Kollecində tədbirlər keçirlib: “Bu tədbirlərin əsas məqsədi gəncləri risklər və təhlükəsiz davranış haqqında maarifləndirmək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat vermək və bu təhlükələrdən qorunmaq qaydalarını öyrətməkdən ibarət olmuşdur. Qayıdış və dirçəliş prosesində əhalinin təhlükəsizliyini təmin etmək və bu mərhələdə gənclərin rolunu artırmaqəsas hədəf kimi müəyyən edilmişdir”.
Qeyd edilib ki, layihənin icrası zamanı mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici videoçarx hazırlanıb və bütün seminarlarda nümayiş olunub. “Aydınlar Ocağı” humanitar ictimai birliyinin sədri Vüqar Qədirov və ekspertlər tərəfindən işğaldan azad olunmuş ərazilərdə düşmən tərəfindən basdırılmış minalar, eləcə də əvvəlki cəbhəboyu ərazilərdə çoxsaylı partlamamış hərbi sursatların vətəndaşların həyatı üçün hər zaman təhlükə törətməsi, bununla belə, mina və ya partlamamış hərbi sursatların işğaldan azad olunmuş ərazilərlə yanaşı ölkənin digər rayonlarında da aşkarlanmasının mümkünlüyü qeyd edilib: “Bu səbəbdən mina təhlükəsizliyi haqda insanların daha çox mariflənməsinə ehtiyac vardır. Hazırlanmış video çarxda müfəssəl olaraq məlumatların öz əksini tapması ekspertlər tərəfindən xüsusi olaraq qeyd edilib.
Ermənistanın darmadağın edilərək kapituliyasiya aktını imzalamasına baxmayaraq öz üzərinə götürdüyü öhdəlikləri, mina xəritələrini Azərbaycana təhvil verməməsi, Zəngəzur dəhlizinin açılmasına mane törətməsi, sülh müqaviləsi imzalamaqdan yayınması və s. ekspertlər tərəfindən xüsusi olaraq diqqətə çatdırılıb.
Keçirilən bütün seminarlarda ekspertlər və digər çıxış edənlər tezliklə işğaldan azad olunan torpaqlarımızda ermənilər tərəfindən basdırılmış minaların tamamilə zərərsizləşdiriləcəyinə və Böyük Qayıdış prosesinin sürətlə davam edəcəyinə əminliklərini bildiriblər.