Press "Enter" to skip to content

ASAN könüllülərindən “Vətən yaxşıdır” konsert proqramı

Tədbridən xatirə fotosu

Son yeniləmə: 7 Dekabr 2022 14:35

BAYRAQDAR MEDİA – Sumqayıt Muğam Mərkəzində “Vətən yaxşıdır” konsert proqramı təşkil olunub. “Şuşa ili”nə həsr olunmuş proqram Sumqayıt ASAN könüllülərinin və Sumqayıt Musiqi kollecinin birgə təşkilatçılığı ilə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 7-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər: “Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən şanlı Qələbə əldə olunduğu, hər bir azərbaycanlının Ordumuzla qürur duyduğu vurğulanıb”.

Konsert proqramında Sumqayıt ASAN könüllüləri və Sumqayıt Musiqi kollecinin tələbələri vətənpərvərlik ruhunda ifalar səsləndiriblər.

Mission News Theme by Compete Themes.