Press "Enter" to skip to content

“Akademik Xoşbəxt Yusifzadə”ni həm də akademikin özü uğurladı – VİDEO

Mərasimdən görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 7-də “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimi olub. Mərasim Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

Məşhur neftçi, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadənin özünün də iştirak etdiyi mərasim maraqlı anlarla yadda qalıb.

Məlumat verilib ki, tankerin uzunluğu 141, eni 16,9 m-dir. Onun yükgötürmə qabiliyyəti 7 min 800 ton, daimi heyəti isə 15 nəfərdən ibarətdir.

“Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak. San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

“Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, 1957-ci ildən bu günə kimi bir şəxsin sağlığında gəmiyə adının verilməsi baxımından da “Akademik Xoşbəxt Yusifzadə” bir ilkdir. Bu qərar isə X.Yusifzadənin 90 illik yubileyi münasibətilə Prezident İ.Əliyevin 2020-ci ildə verdiyi Sərəncamdan irəli gəlir.

Mission News Theme by Compete Themes.