Press "Enter" to skip to content

“Uzuncorab Peppi” Şəkidə

Son yeniləmə: 6 Dekabr 2022 13:03

BAYRAQDAR MEDİAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində qastrolda olub.

Bu barədə teatrdan məlumat verilib.

Bildirilib ki, səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində reallaşıb: “Layihəyə əsasən, teatrın aktyorları görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasını təqdim ediblər.Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon Astrid Lindqren yaradıcılığı haqqında məlumat verərək, yazarın hər bir azyaşlı tamaşaçının dünyagörüşünün formalaşmasına göstərdiyi müsbət təsiri diqqətə çatdırıb”.

Məlumatda o da qeyd edilib ki, eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), oranjemançı Rüfət Ramazanov, məsləhətçi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır: “Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər. Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə fikirlər səslənir”.

Səhnə əsərinin nümayişi xoş ovqat yaradıb, azyaşlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.