Press "Enter" to skip to content

Ünal Ustel: Güclü KKTC üçün birlikdə addımlayırıq

Ünal Üstel

Son yeniləmə: 6 Dekabr 2022 10:54

Hökumət ortaqlarının namizədləri təqdim edilib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimzi kimi dekabrın 25-də Kuzey Kıbrıs Türk Cümhuriyyətində növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərə mühüm əhəmiyyət verilir.

KKTC-də seçki həyəcanı

Çünki seçkilər hökumət ortaqlarının birlikdə hazırlayıb, parlamentdə qəbul etdikləri islahat paketindən sonra keçiriləcək. Həmin islahatlar nəticəsində bələdiyyələrin sayı 18-ə endirilib.

Beləliklə, KKTC mühüm siyasi proses ərəfəsindədir. Bu arada isə Ulusal Birlik Partiyasının (UBP) təşkil etdiyi namizədlərin təqdimat mərasimi keçirilib.

Məlumata əsasən mərasimdə çıxış edən Baş nazir, UBP-nin genel başqanı Ünal Üstel deyib həyata keçiriln bələdiyyə islahatından danışıb: “Biz 2020-ci ildə müttəfiq partiyalarımızla dəyişiklik küləyi əsdirdik. Bu ittifaq nəticəsində biz prezidentliyə sahib olduq, həm də ümumi seçkilərdə hökumət olduq. Bu gün yerli seçkilərə də eyni ittifaqda gedirik. Güclü KKTC üçün birlikdə addımlayırıq”.

Baş nazir qeyd edib ki, 2020-ci ildə artıq adada 2 suveren dövlətin olması, federasiyanın qeyri-mümkünlüyünə əsaslanan siyasəti ianmla davam etdirirlər: Suveren dövlətlə yola çıxdıq və sizin sayənizdə seçkidə qalib gəldik. Bu gün eyni gündür, bu seçki hamımız üçün çox önəmlidir. Artıq ölkəmizdə güclü bələdiyyələri necə yaradırıq onu düşünürük”.

Bələdiyyə islahatanın reallaşmasının heç də asan olmadığına da diqqət çəkən Ü.Üstel “Əvvəllər haqqında danışılan, lakin reallaşdırılmayan islahatı ittifaqımızla masaya qoyduq. Məclisi zəbt etdilər. Qapıları sındırmağa çalışdılar, amma biz içəridə tək yumruq olduq və qanunu parlamentdən keçirməyə nail olduq. Əziz qardaşlar, islahat nəticəsində bələdiyyə sayını 28-dən 18-ə endirdik, amma heç bir bələdiyyə bağlanmadı. Biz gücümüzü birləşdirdik, xidmətlərimizi daha da artırdıq, çətin vəziyyətdə olan şəhərlərin maddi durumunu gücləndirdik”, – deyib.

UBP-nin genel başqanı bildirib ki, 18 bələdiyyə başqanlığına namizədləri hökumət ortaqları ilə məsləhətləşmə əsaəsnda müəyyən ediblər: “İnanıram ki, bu 18 namizəd sabah güclü bələdiyyələr yaradacaq. 18 namizədlə ölkəmizi yenidən qurub onu yenidən dirçəldəcəyik. Bu 18 namizəd koalisiyanın namizədidir. Dəstəyinizi xahiş edirik. Sabah bələdiyyəmizlə birgə addımlamağa hazırsınız? İrəli zəfərlərə doğru birlikdə addımlayaq”.

Mission News Theme by Compete Themes.