BAYRAQDAR MEDİA – “Müasir dünyada təkcə ideya və iqtisadi fəaliyyətlər deyil, həm də təhdidlər qlobal xarakter alıb. Qarşıdurmalar, enerji və ərzaq böhranı, terrorizm, iqlim dəyişikliyi, ksenofobiya, islamofobiya və qeyri-qanuni miqrasiya bizim üzləşdiyimiz problemlərdir”.
Məlumata görə, bunu qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Hacı Bayram Vəli Universitetində keçirilən “Türkiyənin Sahibkarlıq və Humanitar Xarici Siyasət” konfransında çıxışında bildirib.
M.Çavuşoğlu Türkiyənin Afrikadan Asiyaya, Yaxın Şərqdən Balkanlara qədər geniş bir coğrafiyada ümid verən ölkələrdən biri olduğunu, qlobal diplomatiyanın ən etibarlı aktorlarından birinə çevrildiyini deyib.
Bu gün dünyada ciddi problemlər, böhranlar, müharibələr olduğunu deyən M.Çavuşoğlu müharibə və qarşıdurmaların 60 faizinin Türkiyənin yaxın coğrafiyasında baş verdiyinə diqqət çəkib.