Son yeniləmə: 6 Dekabr 2022 17:45
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 6-da KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “Startap” şəhadətnamələri”VR Home” MMC-ninvirtual reallığa əsaslanan onlayn platforma(marketpleys), “Probill” MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, “Blokchain Academy” MMC-nin“Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkarEyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib.
Qeyd olunub ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir: “Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar”.