Dövlət başçılarından “Qardaş yumruğu” təlimində iştirak edən heyətə təbrik
BAYRAQDAR MEDİA – “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.
Sonra Türkiyə Cümhurbaşqanı cənab Recep Tayyip Erdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib”.