Son yeniləmə: 6 Dekabr 2022 13:13
BAYRAQDAR MEDİA – paytaxt Tiranada Albaniyanın müstəqilliyinin və Albaniya Silahlı Qüvvələrinin yaradılmasının 110 illiyi münasibətilə konsert keçirilib.
“Sülh naminə birlikdə” şüarı ilə təşkil olunan konsertdə Albaniya Silahlı Qüvvələrinin Simfonik Orkestri ilə yanaşı Kosovo, ABŞ, İngiltərə, Fransa, İtaliya, Yunanıstan, Şimali Makedoniya, Xorvatiya və Sloveniyadan olan 300-ə yaxın sənətçi səhnəyə çıxıb.
Məlumata əsasən konsert boyük maraqla qarşılanıb.
O da qeyd edilib ki, bu konsert Albaniya Müdafiə Nazirliyi və Albaniya Silahlı Qüvvələri tərəfindən Albaniya Mədəniyyət Nazirliyi, Tirana Bələdiyyəsi və Ukraynanın Tirandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Konsertdən əldə olunan vəsait Ukraynada müharibə qurbanı olan ailələrə və uşaqlara bağışlanacaq.