Son yeniləmə: 6 Dekabr 2022 14:27
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü dekabrın 7-də Bakıdakı 244 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 6-da qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin, müəllimlərin rolu, mütaliə vərdişləri, mənəvi keyfiyyətlərin insan taleyindəki yeri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.