Press "Enter" to skip to content

Bakıda “Özbəkistan kinosu günləri” başlayır

Afişa

BAYRAQDAR MEDİA – Dekabrın 7-də Bakıda “Özbəkistan kinosu günləri” başlayır.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya qardaş Özbəkistanın Azərbaycandakı səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, dekabrın 7-si saat 18.00-da Nizami kinoteatrında təntənəli açılış olacaq. Açılışın ardından “Əbədi dostluq və qardaşlıq” adlı film tamaşaçılara təqdim ediləcək.

Dekabrın 8-də isə eyni məkanda saat 17.00-da “Maqsud Şeyxzadə”, 18.00-da isə “101-ci reys” filmlərinin nümayişi nəzərdə tutulur.

9 dekabr, saat 14.00-da “Baron 2”, saat 19.00-da isə “Qadın qisməti” adlı film tamaşaçılara təqdim ediləcək.

Səfirlikdən bildiriblər ki, filmlərə baxış ödənişsizdir. Arzu edən hər kəs uyğun bildiyi filmə pulsuz baxa bilər.

Mission News Theme by Compete Themes.