BAYRAQDAR MEDİA – Dekabrın 5-də Prezident İlham Əliyev qardaş Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
R.Meredov İ.Əliyevə Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Gurbangulı Berdimuhamedovun salamlarını çatdırıb.
İ.Əliyev də öz növbəsində salamlara görə minnətdarlığını bildirərək hər iki liderə salamlarını çatdırmağı xahiş edib.
“Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Dövlətimizin başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulandı. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.