Press "Enter" to skip to content

Milli Məclisin geniş tərkibli heyətinin Serbiya səfəri

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi

BAYRAQDAR MEDİA – Dekabrın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Büro və Daimi komitə, dekabrın 7-də və 8-də isə Baş Assambleya iclasları keçiriləcək.

Xəbəri dekabrın 5-də Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

“Tədbirlərdə iştirak etmək üçün QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu Serbiyanın paytaxtı Belqrad şəhərində səfərdə olacaqlar.

“İclaslarda qurumun maliyyə, təşkilati və digər məsələlərinə baxılacaq, komitələrin məruzələri dinləniləcək, “Geniş Qara dəniz regionunda iqtisadi inkişafın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq”, – deyə xəbərdə bildirilir.

Daha sonra bildirilir ki, “QDİƏT PM sədrinin müavini Eldar Quliyev Baş Assambleyanın plenar iclasının dekabrın 8-də keçiriləcək yığıncağına moderatorluq edəcək, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev isə Daimi komitənin iclası zamanı rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verəcək. Həmçinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında Musa Quliyev məruzə üzrə tövsiyə qərarını iclas iştirakçılarının diqqətinə çatdıracaq, deputat Ramin Məmmədov isə komitənin məruzəsini iclasda təqdim edəcək”.

MM-dən bildirilir ki, səfər dekabrın 9-da başa çatacaq.

Mission News Theme by Compete Themes.