Press "Enter" to skip to content

Laçın dəhlizinə Azərbaycan özü nəzarət etməlidir

Yeganə Hacıyeva

Yeganə Hacıyeva: Bu addıma görə İrana qarşı beynəlxalq sanksiyalar gündəmə gələ bilər

BAYRAQDAR MEDİA – “Hüquqi dövlətlərin fiziki və hüquqi şəxslərinə digərlərinin ərazi bütövlüyünə hörmətsizlik bəslədiyi, qeyri-qanuni sərhədi keçməsi halında qismən fərqli standartlar tətbiq edilir. Çünki bir fiziki şəxsin də qeyri-qanuni olaraq sərhədi keçməsi həm öz dövlətinə qarşı, həm ərazisinə keçdiyi dövlətin ərazi bütövlüyünə hörmətsizlikdir, həm də qanun pozuntusudur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında 14 nəfər İran vətəndaşının Azərbaycana qanunsuz girişi ilə bağlı məsələni dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, sərhəd pozucusu fiziki şəxs olanda həmin addımlar qara miqrasiyanın elementlərini özündə ehtiva edir: “Hüquqi şəxslərə, şirkətlərə gəlincə, bu cür əməllərə görə həmin şəxsin vətəndaşı olduğu dövlət məsuliyyət daşıyır. Çünki şirkətlər vergi ödəyicisi kimi həm də fəaliyyət göstərdiyi dövlətin maraqlarının təmsilçisi qismində çıxış edirlər. Eyni zamanda sərhədi qeyri-qanuni keçmiş fiziki şəxs də hər hansı qurumun nümayəndəsidirsə, o zaman da məsuliyyət dövlətin üzərinə düşür”.

Politoloq qeyd edib ki, bu baxımdan 14 İran vətəndaşının sərhəddən qanunsuz girişi özlüyündə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir: “Bu, ümumilikdə İranın son 30 ildə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətsizliyinin növbəti nümunəsidir. Burada digər məqam Rusiya sülhməramlılarının məsuliyyətsizliyidir. Bu hadisə ona dəlalət edir ki, Azərbaycan özü artıq bu dəhlizin təhlükəsizliyinin təmini prosesində iştirak etməlidir. Hətta bu təhlükəsizliyi biz özümüz təmin etməliyik. Vacib məqam isə bu şəxslərin terrorçular olma ehtimali ilə bağlıdır.

“14 nəfərdən 12-si İranın eyni bölgəsindən – ölkənin cənub-qərbindəki Xuzistan vilayətinin İzə şəhərindəndir. Qeyd edək ki, İzənin SEPAH-ın gizli terror hazırlığı bazasının şəhəri olması haqqında məlumatlar var. Bu halda isə İranın Azərbaycan ərazilərinə terror və diversiya qrupu göndərməsi faktı ortaya çıxır.

“İranın bu addımları isə ona qarşı beynəlxalq sanksiyalara səbəb olması üçün əsaslar formalaşdırır. Məsələ burasındadır ki, bu 14 nəfərin də Qarabağa eyni təyinatla gəlməsi ciddi narahatlıq doğurur. Bu, eyni zamanda, Azərbaycan tərəfinin 30 il ərzində bildirdiyi Azərbaycanın işğal altındakı ərazilərinin terrorçuların poliqonuna çevrildiyinin növbəti bariz sübutudur. Çünki SEPAH-ın xarici ölkələrdəki terrorçuların təlimində rol oynadığı kimsəyə sirr deyil”.

Mission News Theme by Compete Themes.