Press "Enter" to skip to content

“Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi”

Son yeniləmə: 5 Dekabr 2022 14:13

BAYRAQDAR MEDİA – Dekabrın 7-də “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçiriləcək.Seminar Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 5-də Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr. Alper Baba tərəfindən dünyada bərpa olunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq: “Məlumat üçün bildirək ki, Prof. Dr. Alper BabaDokuz Eylül Universitetində doktorluq dərəcəsi alıb və hazırda İzmir Yüksək Texnologiya İnstitutunun prorektorudur. Onlayn seminarda iştirak etmək istəyənlər 7 dekabr tarixində saat 15:00-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Facebook sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə seminara qatıla bilərlər.
https://www.facebook.com/areagovaz

Mission News Theme by Compete Themes.