Son yeniləmə: 5 Dekabr 2022 12:55
BAYRAQDAR MEDİA – Gənc Mühasiblər İctimai Birliyi “Gənclərin maliyyə savadlılığına dəstək” layihəsinin icrası yekunlaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramı çərçivəsində həyata keçirilib: “Ümumilikdə iki fazadan ibarət olan layihə zamanı Bakı və Gəncə şəhərlərinin hər birindən 15 gəncə ölkəmizdə gənclərin maliyyə savadlılığının artırılmasına dəstək göstərmək məqsədilə təlimlər keçirilib”.
İlk təlim 14 noyabr 2022-ci il tarixində Bakı şəhərində olub: “Təlimçi qismində Rəvan Cəfərli çıxış edərək iştirakçılara Ağıllı büdcə; Gəlir və xərclərin planlaşdırılması idarə olunması; Maliyyə məqsədlərinin formalaşdırılması; Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması; Borc alma və investisiya kimi təməl maliyyə anlayışlar; Maliyyə resurslarına çıxış kimi mövzularda məlumat verib. Təlimin davamı olaraq nəzəri biliklərin praktikaya tətbiq edilməsi üçün qrup işləri və interaktiv oyunlar təşkil edilib”.
İkinci təlim 22 noyabr 2022-ci il tarixində Gəncə şəhərində keçilib. Təlimçi qismində İsa Şəfiyev iştirak edərək qeyd edilən mövzularda region gənclərini məlumatlandırdı və qrup işləri ilə təlim yekunlaşıb.
Hər iki təlimin sonunda iştirakçılara sertifikat təqdim edilib.