Press "Enter" to skip to content

XİN sözçüsündən İran vətəndaşlarıyla bağlı vacib açıqlama

Ayxan Hacızadə

BAYRAQDAR MEDİA – Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə son günlər 14 nəfər İran vətəndaşının Azərbaycana qanunsuz girişi ilə bağlı məsələyə aydınlıq gətirib. O, medianın sorğusuna cavab olaraq qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə iranlıların daxil olmasına münasibət bildirib.

“Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müvafiq nota göndərilmişdir.

“Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, – deyə A.Hacızadə bildirib.

Mission News Theme by Compete Themes.