Son yeniləmə: 3 Dekabr 2022 16:08
BAYRAQDAR MEDİA – Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının (SDA) sədri Bakir İzzetbegoviç bəzi xarici güclərlə problem yaşamamaq üçün Türkiyədən və Cümhurbaşqanı Recep Tayyip Erdoğandan vaz keçməyəcəklərini bildirib.
Məlumata əsasən R.T.Erdoğanla tez-tez görüşmədiklərini, lakin hər görüşdə Bosniya üçün xeyirxah işlər gördüklərini ifadə edən B.İzzetbegoviç deyib: “Türkiyə heç vaxt Bosniya və Herseqovina üçün problem yaratmayıb. Həmişə dəstək və yardım göstərib”.
Federalna televiziyasına danışan B.İzzetbegoviç müsəlman və R.T.Erdoğana yaxın olduğu üçün hakimiyyətdən uzaqlaşdırılmaq istənildiyini bildirib.
O, deyib ki, Xorvatiya Demokratik İttifaqı (HDZ) və SDA-nı hökumətdən kənarlaşdıran Sarayevoda yerləşən müxalifət partiyaları arasında koalisiya razılaşması uğursuz olacaq.
B.İzzetbegoviç seçkilərdə ən çox səs toplayan partiya olaraq SDA-nın Bosniya və Herseqovina Federasiya parlamentində 12-13 nümayəndənin olacağını vurğulayaraq, “Bu razılaşma üçün Federasiya Parlamentinin Xalq Məclisində Boşnak ittifaqında 11 Bosniyalı nümayəndənin olması lazımdır. Onların bu rəqəmə çatacağını düşünmürəm. Bu sadəcə blefdir”, – deyib.