Press "Enter" to skip to content

Türkmənlərdən İraq hökumətinə kəskin etiraz

Kərkük

Son yeniləmə: 2 Dekabr 2022 10:02

BAYRAQDAR MEDİA – Son vaxtlar İraqda türkmənlərlə bağlı arzuolunmaz proseslər baş verir. Bu arada İraq hökuməti ölkə konstitusiyasının Kərkük və digər mübahisəli bölgələrin statusu ilə bağlı 140-cı maddəsinin gündəliyi və icrası ilə bağlı iclaslar keçirib. Lakin həmin iclaslara türkmənlər dəvət edilməyib.
Bu isə türkmənlərin kəsin etirazına səbəb olub.

Türkmeneli TV xəbər verir ki, İraq Türkmən Cəbhəsi və Türkmən siyasi partiyaları mövzu ilə bağlı ortaq yazılı açıqlama yayıb: “Açıqlamada Kərkükün gələcəyi, statusu və idarəçiliyi ilə bağlı türkmənlərin söz sahibi olmadığı qərarların yarımçıq olacağı ifadə edilib. Kərkük və digər mübahisəli bölgələrin statusu ilə bağlı və İraq Konstitusiyasının 140-cı maddəsinin gündəmə gəlməsinin “heyrətlə” qarşılandığı ifadə edilib.
Açıqlamada, “Yeni hökumətin qurulması zamanı türkmənlərin siyasi ittifaqlara daxil edilməməsi və türkmənlərə hökumətdə nazirlik verilməməsinin ölkənin əsas üçüncü ünsürü olan türkmənlərin nəzərə alınmaması kimi dəyərləndirilib.

Bəyanatda siyasi ittifaqların və qərarların verildiyi toplantılara türkmənlərin daxil edilməməsi “siyasi ayıb” kimi qiymətləndirilib və bunun İraqın ərazi bütövlüyünü müdafiə edən türkmənlərə qarşı haqsızlıq olduğu bildirilib.

Parlament Türkmən Qrupunun sədri və İTC müavini Erşat Salihi də sosial media hesabında Kərkükü İraq Kürd Bölgəsi Administrasiyasına (İKRG) bağlamaq məqsədi daşıyan 140-cı maddənin qüvvəyə minməsini İraqdakı milli ortaqlığa zərbə kimi qiymətləndirib. Salihi Kərkükün və onun milli kimliyinin Türkiyənin gündəmində olmasının İraqdakı türkmənlər üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Mission News Theme by Compete Themes.