Press "Enter" to skip to content

Sərgiyə gəl və lotereya qalibi olmaq şansı qazan

BAYRAQDAR MEDİA – Bakıda Malayziya Təhsil Sərgisi keçiriləcək. 3-4 dekabr tarixlərində “Landmark” iş mərkəzində keçiriləcək sərgiyə təşkilati dəstəyi Malayziyanın Azərbaycandakı səfirliyi, Malayziya Xarici İşlər Nazirliyi, həmçinin Malayziya Təhsil, Turizm və Elm Nazirliyi verir. Sərginin təşkilatçıları “Winning Magnitude Malaysia” və “Lingva Tədris Mərkəzi”dir. Sərgidə iştirak pulsuzdur və öncədən qeydiyyatdan keçmək tələb olunmur.

Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verilib.

Bildirilib ki, Malayziya 162 ölkədən olan tələbələrin üstünlük verdiyi, təhsillə bağlı unikal imkanların və qərb standartlarının olduğu, təhlükəsizlik, yaşam şəraiti və texnoloji imkanlara görə bir çox ölkələri geridə qoyan, eyni zamanda, bir çoxları üçün əlçatan və uyğun ödəniş, təqaüd imkanları və rahat qəbul şərtlərini təmin edən ölkələrdən biridir: “Malayziya Təhsil Sərgisində iştirak edən hər bir kəs bu ölkənin keyfiyyətli təhsil və geniş təqaüd imkanları ilə tanış olacaq, 162 ölkədən tələbələrin niyə məhz Malayziyanı seçdiyini öyrənəcək, Azərbaycanlı məzunların uğur hekayələrini dinləyəcək və onlara öz suallarını ünvanlayacaqlar. Eyni zamanda iştirakçılar, məşhur jurnalist və bloqerlərin Malayziya təəssüratlarını özlərindən dinləyəcək və nəhayət lotereya qalibi olaraq IELTS hazırlıq kursu qazanmaq şansı əldə edə biləcəklər”.

Mission News Theme by Compete Themes.