Press "Enter" to skip to content

Nazir uyğur türklərindən üzr istəyib

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, İstanbulda yaşayan uyğur türkləri noyabrın 30-da səhər saatlarında Çinin bu şəhərdəki Baş Konsulluğu önünə toplaşaraq həmin dövlətə etiraz ediblər.

Doğu Türküstanlı gənclər Çin rejiminə etiraz edirlər

Lakin uyğur türkləri aksiya icazəsiz keçirildiyi üçün polis maneələri ilə üzləşiblər.

Məlumata görə, Baş Konsulluq qarşısında Çin rejiminə qarşı dinc şəkildə etiraz etmək istəyən uyğur türk gənclərinin bəyanat oxumasına icazə verilməyib. Üstəlik, polis məmuru əgər dağılmasalar uyğur türklərinin deportasiya ediləcəyini deyib.

Baş Konsulluğun qarşısında baş verənlər qısa zamanda sosial mediada böyük əks-səda doğurub.

Uyğur türklərinə hücum və təhdidlərdən sonra Türkiyə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

Hadisədən sonra daxili işlər naziri Süleyman Soylu sosial media hesabından mövzu ilə bağlı açıqlama verib. Nazir “Səhər saatlarında İstanbuldakı Çin Konsulluğuna gedən Uyğur türk qardaşlarımızın yolu bağlaması səbəbi ilə onlarla bölgənin təhlükəsizliyinin təmin edilməsindən məsul olan dostlarımız arasında yaşanan gərginlik bizi kədərləndirdi. Türksoylu qardaşlarımıza uzunmüddətli ölkədə qalmaqdan vətəndaşlığa qədər məsələlərdə həssaslıq göstəririk. Bu münasibətlə bir daha təəssüf və üzrxahlığımızı bildirir, mövzu ilə bağlı araşdırmaya başlandığını bəyan edirik”.

Mission News Theme by Compete Themes.