Press "Enter" to skip to content

Münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensial var

Görüş zamanı

BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb. Görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 2-də XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət müzakirə mövzusu olub: “Azərbaycan və Litva arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və s. sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın AB ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib”.

Nazir C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Nazir Q.Landsberqis Azərbaycan və Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb: “Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib”.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.