Press "Enter" to skip to content

Dövlət Komitəsində daha bir görüş

Görüşdən xatirə fotosu

Son yeniləmə: 2 Dekabr 2022 17:37

BAYRAQDAR MEDİADiasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayevlə görüşüb.

Bu barədə BAYARQDAR MEDİA-ya dekabrın 2-də Komitədən məlumat verilib.

Bildirilib ki, Komitə sədri Almaniyadakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib: “Alyansın sədri Azərbaycanın dövlət başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən Almaniyada həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib.

Fikir mübadiləsi zamanı Heydər Əliyevin 100 illiyi münasibətilə gələn il Almaniyada azərbaycanlı həkimlərin beynəlxalq forumunun keçirilməsi məqsədəuyğun hesab edilib. Bundan başqa,“Heydər Əliyev İli” çərçivəsində yüksək ixtisaslı alman və azərbaycanlı həkimlərin müvafiq ixtisaslar üzrə qazi və şəhid ailələrinə pulsuz xidmət göstərəcəyinə dair layihənin gerçəkləşdirilməsi təqdir olunub”.

Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının bu layihələri həyata keçirməsi və digər əməkdaşlıq məsələləri ilə bağlı tövsiyələrini nəzərə çatdırıb.

Mission News Theme by Compete Themes.