Press "Enter" to skip to content

Başqırdlar da müstəqillik arzusundadırlar

Ruslan Qabbasov

Son yeniləmə: 2 Dekabr 2022 15:15

BAYRAQDAR MEDİA – “Krım tatarları bizim üçün digər türk xalqları kimi qardaş xalqımızdır. Məncə, Rusiya imperiyasından ən çox əziyyət çəkən xalq Krım tatarlarıdır. Biz Krım tatar xalqını sona qədər dəstəkləyirik”.

Bunu Kırım Haber Ajansına açıqlamasında Başqırd milli hərəkatının liderlərindən biri Ruslan Qabbasov deyib. O, açıqlamasında Başqırd milli hərəkatından, müstəmləkəçi Rusiyanın öz xalqına etdiyi zülmdən, başqırdların müstəqillik istəyindən danışıb.

Başqırd milli hərəkatının ən məşhur simalarından biri olan Ruslan Qabbasov tarixçidir. O, Kök Börü Başqırd gənclər təşkilatının üzvü kimi milli hərəkata qoşulub. Az sonra həmfikirləri ilə “Başqırd” təşkilatını yaradıb.

Ruslan Qabbasov Rusiya administrasiyasının təzyiqi ilə 2021-ci ildə Rusiyanı tərk edərək Litvada siyasi sığınacaq istəyib.

Ruslan Qabbasov “Rusiyanın istismar etdiyi bütün xalqlar kimi başqırdlar da müstəmləkədən qurtulub müstəqil olmaq istəyirlər” deyib.

Qeyd edək ki, başqırd fəalları da Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub yazaraq Başqırdıstanın Rusiya tərəfindən işğal olunmuş ərazi kimi tanınmasına çağırıblar.

Başqırd fəallarının fikrincə, bu addımı atmaqla Ukrayna başqırd milli hərəkatına mənəvi və eyni zamanda başqırd fəallarına Kremlə qarşı mübarizədə güclü dəstək verəcəklər.

Məlumatda o da bildirilib ki, Başqırdıstan Uralın Güneyində yerləşir. Başqırdıstanda üç əsas etnik qrupu təmsil edən 4 milyon insan yaşayır: ruslar, başqırdlar və tatarlar. Əhalinin 36 faizini ruslar, 29,5 faizini başqırdlar (1 milyon 200 min) və 21 faizini tatarlar təşkil edir. Ölkədə müsəlmanların və türklərin ümumi sayı 50 faizdən çoxdur.

Bu gün başqırdlar Rusiyada ruslar, tatarlar və ukraynalılardan sonra dördüncü ən böyük xalqdır.

Başqırdlar da Putinin səfərbərliyinə qarşıdır

Mission News Theme by Compete Themes.