BAYRAQDAR MEDİA – Noyabrın 11-də qardaş Özbəkistanın qədim Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi də dəyişmişdi. Xəbər verdiyimiz kimi, bu vəzifəyə Qırğızıstan təmsilçisi Kubanıçbek Ömüraliyev gətirilmişdi.
Dekabrın 1-də bəlli olub ki, yeni Baş katib İstanbuldakı qərargahda özünün iki yeni müavinini qarşılama törəni keçirib.
Qurumun yaydığı xəbərə görə, Baş katibin müavinləri olaraq qardaş Qazaxıstandan Yerjan Mukaş və Azərbaycandan Sədi Cəfərov yeni vəzifənin icrasına başlayıb.
Baş katib yeni müavinlərə işlərində uğurlar diləyərək birlikdə TDT çapında böyük işlər görəcəklərinə ümid etdiyini bildirib.