Press "Enter" to skip to content

“Şeyx Sənan” yenidən səhnədə

Tamaşadan bir səhnə

Son yeniləmə: 1 Dekabr 2022 12:53

Gənc Tamaşaçılar Teatrında Hüseyn Cavid anılıb

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Müvafiq Sərəncama əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında 20 ildən artıq izlənilən “Şeyx Sənan” tamaşası nümayiş etdirilib”.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 1-də teatrdan məlumat verilib.

Bildirilib ki, tamaşadan öncə baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış filosof şair, görkəmli dramaturq haqqında fikirlərini bölüşüb: “Səma şairinin yaradıcılığında tolerantlıq, multikultural dəyərləriön plana çəkən M.Ələkbərzadə Cavid üçün insanın əsas missiyasının sevgi olduğunu deyib. O, qeyd edib ki, Cavid üçün nə Quran, nə Bibliya, nə ələm, nə xaç önəmli idi: “Önəmli olan o idi ki, insan yer üzündə öz məqsədi və missiyasını bilsin. Missiya Yaradanın sevgisini yer üzünə səpələyərək enerji halında geri qaytarmaqdır. Bu isə Cavidin dili ilə desək: “Mənim Tanrım gözəllikdir, sevgidir”, deyə, o, bildirib”.

M.Ələkbərzadə Cavidin nəşinin Azərbaycana gətirilməsi haqqında bunları deyib: “Hüseyn Cavid ikinci ömrünü 1982-ci ildən yaşamağa başladı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addım idi. Beləliklə, uzaq İrkutskda 59 nömrəli qəbirdə torpağa tapşırılan 59 yaşlı Cavid Rəsizadə Azərbaycana qovuşur”.

Daha sonra “Şeyx Sənan” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, Xalq rəssamı Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Mission News Theme by Compete Themes.