Press "Enter" to skip to content

“Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərinin rolu”

Tədbir zamanı

Son yeniləmə: 1 Dekabr 2022 17:39

BAYRAQDAR MEDİA – Noyabrın 30-da Bakı Dövlət Universitetində “Gənclərin uğurlu karyerasında Vətəndaş Cəmiyyətlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində keçirilib.

Məlumata əsasən, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Rauf Zeyni “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda çıxış edib. O, çıxışında gənclərin daha uğurlu bir şəxs kimi formalaşmasında təhsilin və vətəndaş cəmiyyətinin əhəmiyyətli dərəcədə rol oynadığını vurğulayıb.
R.Zeyni bildirib ki, dövlətin uğurlu inkişafında Vətəndaş Cəmiyyətinin inkişafından asılıdır.

Daha sonra, layihənin eksperti, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək keçmişə nəzərən indiki dövrdə gənclərin uğur qazanmaları üçün hər bir şəraitin mövcudluğundan və bundan səmərəli şəkildə bəhrələnmək lazım olduğunu bildirib.

Son olaraq, Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova gənclərin uğurlu karyerasında könüllülüyün əhəmiyyətdən danışıb. O qeyd edib ki, gənclər üçün fürsətlər, imkanlar çoxdur, bundan düzgün şəkildə yararlanaraq daha bilikli, təcrübəli, uğurlu gənclik və sağlam düşüncəli cəmiyyət formalaşa bilər.

Mission News Theme by Compete Themes.