Press "Enter" to skip to content

Fransa hökuməti Senat və Milli Assambleya ilə həmrəy deyilmiş…

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Dekabrın 1-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lö Lan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatası – Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə ilə bağlı qəti etiraz bildirilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya XİN-dən veriblər.

“Görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Milli Assambleyada qəbul edilmiş bu qətnamənin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb”.

“Fransanın bir sıra digər addımları kimi bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.

“Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinməsi bir daha təkidlə tələb edilib.” Xəbərdə belə deyilir.

Əlavə olaraq bildirilir ki, “Fransanın müvəqqəti işlər vəkili bir müddət öncə Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul olunmuş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib”.

Mission News Theme by Compete Themes.