Press "Enter" to skip to content

Ermənistan yene yalan məlumat yayır

Müdafiə Nazirliyi: Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik

BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə BAYARQDAR MEDİA-ya dekabrın 1-də Müdafiə Nazirlyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – deyə məlumatda qeyd edilib.

Mission News Theme by Compete Themes.