Press "Enter" to skip to content

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

BAYRAQDAR MEDİA – Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinidən BAYRAQDAR MEDİA-ya dekabrın 1-də verilən məlumata görə, görüş ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində olub.

Məlumata əsasən, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.