Press "Enter" to skip to content

Bir məktəbdə kövrək anlar və ya mövzu Şuşa olunca – FİLM

Lalə Azərtaş məktəbin gənc istedadları ilə

Son yeniləmə: 1 Dekabr 2022 16:10

BAYRAQDAR MEDİA – Dekabrın 1-də, Laçının Ermənistanın işğalından azad edilməsinin ikinci ildönümündə Bakıdakı R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə Şuşa şəhərinin 270 illiyinə həsr edilmiş “Şuşanın 270 anı” adlı filmin təqdimatı olub.

Məktəbdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, filmi Xəzər TV-nin məşhur jurnalisti, özünün milli-vətənpərvər mövqeyi ilə seçilən peşəkar təmsilçisi, layihə rəhbəri Lalə Azərtaş təqdim edib.

Təqdimatdan öncə Azərbaycan Himni ifadə edilib
Təqdimatdan öncə Azərbaycan Himni ifadə edilib

Təqdimatın açılışında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət qeyd edib ki, Azərbaycanın göz bəbəyi olan Şuşa artıq iki ildən çoxdur ki, düşmən işğalından azad edilib. O, bildirib ki, elə bir azərbaycanlı olmaz ki, Şuşa adı gələndə həyəcanlanmasın. Direktor qeyd edib ki, təqdimatı gerçəkləşən film də bu baxımdan müəllimlər və şagirdlər üçün yaddaqalan olacaq.

Daha sonra filmin müəllifi L.Azərtaş çıxış edərək deyib ki, film Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin məhsuludur. O, bildirib ki, Şuşanın 270 illiyinə ərməğan edilən filmin çəkilməsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə mümkün olub.

L.Azərtaş filmin çəkilişi ilə bağlı ayrıntılar haqqında da qısa bilgi verib. O, çəkiliş zamanı yaşadığı duyğuları məktəb kollektivi ilə paylaşıb.

Bundan sonra film təqdim edilib.

Ekran əsəri şagirdlər və müəllimlərin duyğulu anlar yaşamasına səbəb olub. Sonda sürəkli alqışlarla qarşılanan film Azərbaycanın bu qədər dəyərli bir yurd yerini düşmən tapdağından azad etməsinin önəminə işıq tutub.

Filmə baxışın ardından Lalə Azərtaş və Almaz Həsrət çıxış edərək fikirlərini paylaşıblar.

Təqdimatda BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət də iştirak edib. O, filmə baxdıqdan sonra etdiyi çıxışda fikirlərini paylaşıb, L.Azərtaşın bir jurnalist və vətəndaş kimi istər 44 günlük savaşa qədər, istər savaş günlərində, istərsə də savaşdan sonra informasiya cəbhəsində yorulmadan çalışdığını vurğulayıb.

Azər Həsrət eyni zamanda şagirdlərlə fikirlərini paylaşıb, Müzəffər Ali Baş Komandanın qətiyyəti və igid Azərbaycan oğullarının canı-qanı hesabına torpaqların düşmən tapdağından azad edildiyini bildirib.

Bundan sonra bədii hissə olub. Məktəbin şagirdlərinin bir-birindən gözəl ifaları, rəqsləri tamaşaçıların alqış və rəğbəti ilə qarşılanıb.

Şagirdlərin istedadı qonağı heyran etdi
Şagirdlərin istedadı qonağı heyran etdi
Mission News Theme by Compete Themes.