Press "Enter" to skip to content

Baş Qərargah rəisi Oklahomada mühüm görüşlər keçirib

BAYRAQDAR MEDİA – Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 1-də Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik K.Vəliyev K.Stittin 2021-ci ildə Azərbaycanda olarkən işğaldan azad edilmiş bölgələrə səfər etməsini əlaqələrimizin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib: “Azərbaycan Ordusunun hərbi qulluqçularının beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakından danışan general-polkovnik K.Vəliyev, Azərbaycanın üzərinə götürdüyü vəzifə və öhdəlikləri layiqincə yerinə yetirərək Əfqanıstandan sülhməramlılarını çıxaran son tərəfdaş ölkələrdən biri olduğunu qeyd edib”.

Məlumata əsasən, tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında keçirilən birgə tədbirlərə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sonra nümayəndə heyəti Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Mission News Theme by Compete Themes.