Son yeniləmə: 1 Dekabr 2022 13:47
Quzey Makedoniyada növbədənkənar seçkilər olmayacaq
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın baş naziri Dimitar Kovaçevski müxalifətin növbədənkənar seçki tələbinə mənfi cavab verib.
Bu barədə məlumatda deyilir ki, əsas müxalifət partiyası VMRO-DPMNE-nin yazda erkən seçkilərin keçirilməsi ilə bağlı təkidli tələblərini rədd edən D.Kovaçevski ümumi seçkilərin 2024-cü ildə keçiriləcəyini bildirib: “İqtisadi və enerji böhranı ilə mübarizə üçün yeni hökumətə ehtiyac olduğu ilə bağlı çağırışlara cavab verən Kovaçevski seçkilərdən qorxmadıqlarını və seçkinin təqvimə uyğun olaraq 2024-cü ildə keçiriləcəyini bildirib”.
D.Kovaçevski Makedoniya Sosial Demokrat İttifaqının (SDSM) rəhbərlik etdiyi koalisiyanın həm parlament, həm də prezident seçkilərində qalib gələcəyinə əminliyini ifadə edib.