Press "Enter" to skip to content

“Zəfər”in məktəbdaxili mərhələsi başa çatıb

Son yeniləmə: 30 Noyabr 2022 16:08

BAYRAQDAR MEDİABakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadasının məktəbdaxili mərhələsi başa çatıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 30-da qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş olimpiadanın məktəb mərhələsində şagirdlər 1 saat ərzində 25 sualdan ibarət test tapşırığını həll ediblər: “Birinci mərhələdən uğurla keçən şagirdlər mərkəzləşmiş qaydada təşkil olunmuş şəhər turunda iştirak etmək hüququ qazanıblar. Şəhər turunun nəticələrinə əsasən, yüksək nəticə əldə etmiş şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunacaqlar. Olimpiadanın final mərhələsinə çıxan şagirdlər arasında breyn-rinq təşkil olunacaq”.

Qeyd edilib ki, olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış Qələbə və qəhrəman Ordumuzun döyüş yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.

Mission News Theme by Compete Themes.