Press "Enter" to skip to content

Türkmənistanla Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir

6-cı iclasının yekunlarına dair Protokol imzalanıb

Son yeniləmə: 30 Noyabr 2022 18:49

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan səfər edib.

Səfər zamanı qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Türkmənistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edərək, “Əbədiməşəl” kompleksi önünə əklil qoyub.

Məlumata görə, Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib: “Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkmənistan əlaqələrininuğurla inkişaf etdiyini, ölkəmizin Türkmənistanla tərəfdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarətdə ciddi artım müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfədənçox artıb.Bununla belə, ticarət həcmini daha da artırmaq üçün böyük imkanlar var.Bundan başqa, hər iki ölkənin enerji, nəqliyyat-tranzitvə digər sahələr üzrə geniş potensialı əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır”.

Tədbirdə Azərbaycanın biznes və sərmayə cəlbediciliyi barədə ətraflı məlumat verilib, Türkmənistan investorları fəal əməkdaşlığa dəvət olunub: “Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev iki ölkə arasında uğurlu əlaqələri vurğulayıb, tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı, işgüzar münasibətlərin genişlənməsi və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb. İclasda qarşılıqlı ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığın inkişafı barədə müzakirələr aparılıb”.

İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev imzalayıblar. Sənəddə iqtisadi-ticarət, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Həmin gün Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri – iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev arasında görüş keçirilib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.