Press "Enter" to skip to content

Pərviz Şahbazov Əlcəzairin Baş naziri ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 30 Noyabr 2022 10:07

BAYRAQDAR MEDİA – Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Aymin Benəbderəhman energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 30-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Azərbaycan Prezidentinin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirib və Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırmağı xahiş edib.

Energetika naziri Pərviz Şahbazovisə bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədənenerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirilir. Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzairhökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi qeyd edilib.

Mission News Theme by Compete Themes.