BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında dekabrın 3-də SAT imtahanı təşkil olunacaq.
DİM-dən BAYRAQDAR MEDİA-ya bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
– Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
– Buraxılış vərəqəsi – “Admission Ticket”.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
SAT imtahanları haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.