Press "Enter" to skip to content

Növbəti SAT imtahanı

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında dekabrın 3-də SAT imtahanı təşkil olunacaq.

DİM-dən BAYRAQDAR MEDİA-ya bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

– Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

– Buraxılış vərəqəsi – “Admission Ticket”.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

Mission News Theme by Compete Themes.