Press "Enter" to skip to content

Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi ilə görüşüb

BAYRAQDAR MEDİA – Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokansonla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tərəflər “Ştatla tərəfdaşlıq proqramı” çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.

Mission News Theme by Compete Themes.