Press "Enter" to skip to content

İraq türkmənlərindən etiraz

Son yeniləmə: 30 Noyabr 2022 11:28

Kərkükün gələcəyi ilə bağlı, onun təhlükəsizlik vəziyyətinə xələl gətirən və ya inzibati statusuna təsir edən hər hansı dəyişikliyi rədd edirik

BAYRAQDAR MEDİA – “Birləşmiş İraq Türkmən Cəbhəsi, türkmən nümayəndələrinin olmadığı halda biz Kərkükün gələcəyi ilə bağlı, onun təhlükəsizlik vəziyyətinə xələl gətirən və ya inzibati statusuna təsir edən hər hansı dəyişikliyi rədd edirik”.

Bu fikirlər Birləşmiş İraq Türkmən Cəbhəsinin Siyahısından yayılan açıqlamada öz əksini tapıb.

Məlumata görə, açıqlamad adaha sonra deyilir: “Aydındır ki, Dövlət İdarəetmə Koalisiyasının yaradılması ilə bağlı danışıqların ilk günündən etibarən istər Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısını koalisiya iclaslarına dəvət etməyərək, istərsə də türkmənlərin rolunu zəiflətmək üçün siyasi iradə var. Xüsusən də Kərkük məsələsi və 140-cı maddə ilə bağlı iki kürd partiyasına güzəştə gedilsə də, türkmənlərə hökumətdə heç bir nazirlik verilməməsinə üstünlük verildi”.

Nazirlər Kabinetinə etirazın açıq formada yer aldığı açıqlamada daha sonra deyilir: “Nazirlər Kabinetinin türkmənlərə qarşı bu ayrı-seçkilik siyasəti qarşısında susmasına heyrətimizi bildirir, milli birlik və tarazlığı təmin etmək üçün onları İraq konstitusiyasının onlara verdiyi rolu yerinə yetirməyə çağırırıq. Türkmənlərdən kənarda toplantılar keçirən siyasi bloklara səslənirik. Bildiririk ki, türkmənlərin İraqın ərazi bütövlüyünü təmin etməsi, DEAŞ terror təşkilatına qarşı mübarizəsi hər kəsə məlumdur”.

Mission News Theme by Compete Themes.