BAYRAQDAR MEDİA – İran Hüquq Müdafiəçiləri Qrupu noyabrın 30-u səhər saatlarında məlumat yayaraq hökumət qüvvələri tərəfindən qətlə yetirilən etirazçıların sayını açıqlayıb.
Xəbəri Azad İran Telegram kanalı yayıb.
Məlumata görə, etirazların başlandığı 17 sentyabrdan 29 noyabra qədər İranda 64-ü uşaq olmaqla 455 nəfər hökumət qüvvələri tərəfindən öldürülüb.
O da bildirilir ki, 18 min 185 nəfər etirazçı saxlanılıb. Onlardan 3 min 418-nin kimliyi və harada saxlanıldığı dəqiqləşdirilir. Saxlanılanlardan 576 nəfəri öyrəncidir.
Sözügedən müddət ərzində ölkənin 157 şəhərində etirazçılar fars-molla rejiminə qarşı nümayişlər keçirib və 143 universitetin tələbələri etirazlara dəstək verib.