Son yeniləmə: 30 Noyabr 2022 11:48
BAYRAQDAR MEDİA – İstanbulda yaşayan uyğur türk gəncləri Çinin “sıfır covıd” siyasəti ucbatından Ürümçidə yandırılaraq öldürülən soydaşlarını anıb, Çinin davam edən soyqırım addımlarına bu ölkənin İstanbuldakı Baş Konsulluğu qarşısında etiraz ediblər.
Xatırladaq ki, noyabrın 24-də Doğu Türküstanın Ürümçi bölgəsində 21 mərtəbəli iqamətgahda baş verən yanğında azyaşlı uşaqları da daxil olmaqla 44 uyğur həyatını itirib.
Məlumata görə, polis qüvvələri Baş Konsulluq önündəki icazəsiz nümayişi dayandırmağa çağırsa da, Doğu Türküstanlı fəallar Çin rejiminin insanlıq əleyhinə törətdiyi cinayətləri dilə gətiriblər.